Gənclər Fondunun maliyyə dəstəyi ilə yeni layihə həyata keçirilib
Gənclər Fondunun maliyyə dəstəyi ilə Anar Ağakişiyev şəhidlərlə bağlı layihəsi həyata keçirilib.
"https://shahid-chatbot.az" çatbot istifadəçiləri torpaqlarımız uğrunda canını fəda etmiş şəxslər haqqında ətraflı məlumat əldə edə bilmək imkanı qazanıblar.
Məlumat üçün bildirək ki, şəhidlər barədə məlumatları tapmaq, xüsusən də bu məlumatlar müxtəlif mənbələrdə və formatlarda mövcud olduğu halda istifadəçilər üçün çətin ola bilər. Həmçinin, şəhidlərin həyatına və xidməti fəaliyyətlərinə dair məlumatlar bəzən çətin anlaşılır və ya bir yerdə cəmlənməmiş ola bilər.
Layihə rəhbəri Anar Ağakişiyev bildirib ki, çatbotun əsas məqsədi şəhidlərin həyat hekayələrini ictimaiyyətə asan şəkildə çatdırmaqla onların xatirəsini yad etmək və qorumaqdır. İstifadəçilər onların döyüş yolları haqqında da məlumat əldə edə biləcəklər.
Bununla yanaşı iştifadəçilərə şəhidlər haqqında məlumatı vahid platformada, onların həyatı və döyüş yolları haqqında məlumat rahatlıqla əldə etmək imkanı təqdim olunur.


