Gülarə Zeynalovanın klinikasının əşyaları müsadirə olunub

Gülarə Zeynalovanın klinikasının əşyaları müsadirə olunub

"Oliva beauty style" klinikasının əşyaları müsadirə olunub.

BusinessTime.az "Teleqraf"a istinadla xəbər verir ki, söhbət Bakının Əhməd Cavad, 76 ünvanında yerləşən obyektin əşyalarından gedir.

Qeyd edək ki, "Oliva beauty style"ın direktoru, həkim-kosmetoloq Gülarə Zeynalovadır. Əşyaların hansı səbəbdən hərraca çıxarıldığı bəlli deyil.

Hərraca çıxarılan əşyalar arasında mebel dəstləri, məişət avadanlığı, eyni zamanda, tibbi cihazlar var. Müsadirə olunan əşyaların ümumi dəyəri 100 min manat civarındadır.

Onu da bildirək ki, hərraclar - məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı əmlakın hərracda satılması yolu ilə tələbin ödənilməsi məqsədilə icra məmurlarının sifarişi əsasında həyata keçirilir.