Hacıqabul Quşçuluq Şirkəti tərəfindən aztəminatlı ailələrə bayram sovqatı verilib
Ramazan və Novruz bayramları münasibətilə Hacıqabul Quşçuluq Şirkəti tərəfindən sosial dəstək tədbirləri həyata keçirilmişdir.
Tədbir çərçivəsində paytaxt Bakıda o cümlədən Hacıqabul rayonu ərazisində yaşayan aztəminatlı ailələrə ərzaq yardımı göstərilmişdir.
Sözügedən aksiya əhalinin sosial müdafiəsinin gücləndirilməsi və bayram günlərində aztəminatlı ailələrin rifah halının yaxşılaşdırılması məqsədi daşıyır.
Hacıqabul Quşçuluq Şirkəti tərəfindən sosial yönümlü tədbirlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.

