Hansı xəstəliyi olan insanlar qəhvədən imtina etməlidirlər? - Həkimdən vacib AÇIQLAMA

Hansı xəstəliyi olan insanlar qəhvədən imtina etməlidirlər?

Xoralı kolit xəstəliyi olan insanlarda qəhvə sağlamlıq vəziyyətinin pisləşməsinə gətirib çıxara bilər.

Oxu.Az bildirir ki, bu barədə qastroenteroloq Paulo Roberto Bertoletto "Terra" nəşrinə müsahibəsində danışıb.

Həkim xoralı kolit xəstəliyi olan insanları bu içkidən imtina etməyə çağırıb.

Paulo Roberto Bertoletto izah edib ki, qəhvə defekasiya istəyinin yaranmasına və ayaqyoluna getmə tezliyinin artmasına səbəb olur. Bu, kofeinin bağırsaq hərəkətliliyini artırması ilə əlaqədardır. Nəticədə insanda, xüsusilə, xəstəliyin kəskinləşməsi dövründə ciddi narahatlıq yarana bilər.

Mütəxəssis qeyd edib ki, digər içkilərə gəldikdə isə, süd, xüsusən də laktozaya qarşı dözümsüzlük olduğu halda, patologiyanın gedişatını pisləşdirə, südün istehlakı ishala və qarında şişkinliyə gətirib çıxarar. Bundan əlavə, acı souslar, popkorn və qızardılmış qidalar da xoralı kolit zamanı vəziyyəti pisləşdirə bilər.