Hava həssaslığına qarşı sadə üsullar
Zərif kontrastlı duş hava həssaslığının öhdəsindən gəlməyə kömək edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Life.ru-ya nevroloq və reabilitasiya mərkəzinin direktoru Aleksandr Komarov danışıb.
O, fevral ayında qəfil istiləşmənin sağlamlığın pisləşməsinə səbəb ola biləcəyini qeyd edib.
"Səhər aromaterapiyası, təzə üyüdülmüş qəhvə ilə vegetativ sinir sisteminin tənzimlənməsinə kömək edə bilər. Kofeinin qəfil qəbulu qan təzyiqinin dəyişməsinə, orqanizmdə tarazlığın pozulmasına səbəb olduğu üçün onu içməmək məsləhətdir. Sadəcə səhər yeməyindən əvvəl təzə üyüdülmüş qəhvə dənələrinin ətrini bir neçə dəfə dərindən qoxulayın. Bu, bədənin tənzimləyici mexanizmlərini yavaşca aktivləşdirəcək və təbii dəyişikliklərin öhdəsindən gəlməyə kömək edəcək", - deyə Komarov bildirib.
Həkim hava şəraiti ilə bağlı həssaslıqla mübarizə aparmağın daha bir yolu, tonus məşqlərinin olduğunu vurğulayıb.
O, temperatur dalğalanmalarının öhdəsindən gəlmək üçün onlara əvvəlcədən başlamağı tövsiyə edib.

