Həsən Seyidov Ordubadda vətəndaşları qəbul edib

Həsən Seyidov Ordubadda vətəndaşları qəbul edib
Aprelin 16-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov tərəfindən Ordubad rayonunda vətəndaş qəbulu keçirilib.
 
Əvvəlcə nazir müavini Həsən Seyidov və Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucalan abidəsini ziyarət edib, abidə önünə güllər düzüblər.
 
Ordubad Rayon Mədəniyyət Sarayının inzibati binasında keçirilən qəbulda 14 vətəndaş iştirak edib. Nazir müavini rayon sakinlərinin hər birini fərdi qaydada qəbul edib, onların müraciətlərini dinləyib.
 
Qəbul zamanı vətəndaşların qaldırdıqları problemlərlə bağlı qanunvericiliyin tələbləri izah olunub, məsələlərin həlli nəzarətə götürülüb,bəzi məsələlər yerində həll edilib.
Bildirilib ki, müraciətlərin hər biri protokollaşdırılaraq həlli istiqamətində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.
1
1
1
1
1
1
1