İlkin İzzət xidmətlərinə görə təltif edildi – YENİLƏNİB – FOTO
Tanınmış jurnalist və PR mütəxəssisi İlkin Bağırov ölkəmizdə media sahəsinin inkişafındakı xüsusi xidmətlərinə görə Prezident İlham Əliyevin fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülüb.
Xatırladaq ki, jurnalistikada daha çox İlkin İzzət imzası ilə tanınan İlkin Bağırovun təxminin 27 illik əmək fəaliyyətinin böyük hissəsi məhz jurnalistika ilə bağlıdır. İ.Bağırov Azərbaycanda medianın bütün növlərində - televiziya və radio, qəzet və jurnal, informasiya agentliyi və xəbər portallarında müxtəlif vəzifələrdə çalışıb. Bundan əlavə, o, fərqli spektrli 5 iri şirkətin strateji kommunikaya və PR strukturlarına rəhbərlik edib, onların brendinin tanınması, müsbət imicinin formalaşması və nüfuzunun qaldırılmasında xüsusi əməyi olub.
Qeyd edək ki, “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 3 fevral tarixli fərmanı ilə təsis edilib. Yubiley medalı ilə media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəli fəaliyyət göstərən və ya media ilə əməkdaşlıqda fərqlənən Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.
BusinessTime olaraq öz növbəmizdə həmkarımızı təbrik edir, ona fəaliyyətində uğurlar arzulayırıq!



