İlon Mask trilyonçu statusunu itirib

İlon Mask trilyonçu statusunu itirib

Amerikalı sahibkar İlon Maskın sərvəti 1 trilyon dollardan 957 milyard dollara düşüb.

Bu barədə “Bloomberg” tərəfindən açıqlanan “Billionaires Index” məlumatında bildirilib.

Məlumata görə, son dəyişikliklər nəticəsində Maskın sərvəti 118 milyard dollar azalıb.

Xatırladaq ki, iyunun 12-də “SpaceX” səhmlərinin ticarətə başlamasından sonra Mask sərvəti 1 trilyon dolları ötən ilk şəxs olmuşdu. Beləliklə, o, təxminən iki həftə ərzində trilyonçu statusunu qoruyub saxlayıb.

İyunun 22-də yayılan məlumatlara əsasən, süni intellekt layihələrinin maliyyələşdirilməsi məqsədilə investisiya dərəcəli istiqraz təklifinin elan edilməsindən sonra “SpaceX” səhmləri ardıcıl üç gün ucuzlaşıb. Eyni zamanda, ticarət məlumatlarına görə, “Tesla” səhmləri iyunun 16-dan etibarən 4,14 faiz, “SpaceX” səhmləri isə 17,13 faiz dəyər itirib. (Azərtac)