Kolbasa məmulatlarının istehsalı 17 faizdən çox artıb
Bu ilin yanvar-mart aylarında ölkədə 8326,3 ton kolbasa məmulatları istehsal edilib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 17,4 faiz çoxdur.
Aprel ayının 1-nə hazır məhsul ehtiyatı 20,7 ton təşkil edib.


