Kürdəmir rayonu üzrə mediasiya təşkilatı fəaliyyətə başladı

Kürdəmir rayonu üzrə mediasiya təşkilatı fəaliyyətə başladı
Kürdəmir 1 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Kürdəmir 1 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir.
Kürdəmir rayonu üzrə vətəndaşlar 5 yanvar 2026-cı ildən etibarən Kürdəmir 1 saylı mediasiya təşkilatına müraciət edə bilərlər.
Kürdəmir 1 saylı mediasiya təşkilatının məlumatları:
Təşkilatın direktoru: Güləliyev Nurağa Əlvan oğlu
Ünvan: Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 41A (Kürdəmir rayon məhkəməsi ilə üzbə-üz)
Telefon: +994 (10) 326 03 19; +994 (55) 555 50 41