“Level Leasing” şirkətinin ötən il gəlirləri azalıb
“Level Leasing” ASC 2025-ci ili 459 min manat mənfəətlə başa vurub. 2024-cü ildə lizinq şirkətinin mənfəəti 387 min manat olub ki, bu da illik müqayisədə 19% artım deməkdir.
BusinessTime bu barədə şirkətin illik hesabatına istinadən xəbər verir.
Ötən il “Level Leasing” ASC-nin faiz gəlirləri 8.5% azalaraq 2 milyon 461 min manat, faiz xərci isə 6% artaraq 1 milyon 190 min manat təşkil edib. (Banker.az )


