Mərkəzi Bank Zakir Nuriyevin bankına məcburi sərəncam verdi

Mərkəzi Bank Zakir Nuriyevin bankına məcburi sərəncam verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Rabitəbank” ASC-yə icrası məcburi sərəncam verib.

Buna səbəb bank tərəfindən kassa əməliyyatlarının aparılması ilə bağlı müəyyən edilmiş tələblərə əməl olunmamasıdır.

Belə ki, “Rabitəbank” kredit və ödəniş təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyasını tənzimləyən qaydaların 3.20-ci bəndinin tələblərinə riayət etməyib.

Bununla əlaqədar Mərkəzi Bank “Banklar haqqında” Qanunun 47.4-cü maddəsini rəhbər tutaraq, aşkar edilmiş halların gələcəkdə təkrarlanmaması üçün bankın daxili nəzarət sistemlərinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər görməsi barədə icrası məcburi sərəncam verib. (plat.az)