Məşhur teleaparıcı pulqabını itirdi - İçində bank kartları da var
Məşhur teleaparıcı Günay Yelmarqızı pulqabını itirib.
BusinessTime xəbər verir ki, bunu jurnalist özü bildirib.
“Pulqabımı itirmişəm. İçində vacib sənədlər var. Bəlkə taparam ümidi ilə özüm axtardım, nəticə olmadı. Bu gün artıq 3-cu gündür. Düzü xırda məsələ olduğu üçün polisi narahat etmək istəmədim. Amma bu gün eşitdim ki bu halda içindəki kartlar hesabına tapmaq mümkün olur müasir texnologiya ilə. Nə dərəcədə doğrudur bilmirəm”, - G.Yelmarqızı sosial şəbəkə hesabında yazıb.


