Milli Depozit Mərkəzində 3 nəfərə yüksək vəzifə verildi

Milli Depozit Mərkəzində 3 nəfərə yüksək vəzifə verildi

Azərbaycan Respublikası Milli Depozit Mərkəzində (MDM) kadr təyinatları olub.

BusinessTime Yurd.Media-ya istinadən xəbər verir ki, Məmmədyar Novruzov İnformasiya təhlükəsizliyi şöbəsinin müdiri, Tərlan Məmmədov Korporativ idarəetmə departamentinin direktoru, Zülfüqar Qayıbov isə Satınalma və İnzibati İdarəetmə departamentinin direktoru vəzifəsinə təyin olunublar. 

İnformasiya təhlükəsizliyi şöbəsinin müdiri təyin olunan Məmmədyar Novruzov 1985-ci ildə Bakı şəhərində anadan olub. 2002-ci ildən Azərbaycan Mərkəzi Bankında Təhlükəsizlik Departamentinin İnformasiya Təhlükəsizliyi şöbəsində müxtəlif məsul vəzifələrdə, 2009–2016-cı illərdə Maliyyə Monitorinqi Xidmətində İnformasiya Texnologiyaları departamentinin direktoru vəzifəsində çalışıb.

2016–2020-ci illərdə Mərkəzi Bankda Elektron İmza və Sertifikatlaşdırma şöbəsində böyük sistem inzibatçısı, daha sonra isə şöbə müdiri vəzifələrində işləyib. 2020-ci ilin sentyabr ayından yeni təyinata qədər Milli Depozit Mərkəzində İnformasiya Texnologiyaları departamentinin direktor müavini vəzifəsində fəaliyyət göstərib.