Naxçıvanda 9 ayda 70 dövlət əmlakı özəlləşdirilib

Naxçıvanda 9 ayda 70 dövlət əmlakı özəlləşdirilib

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 70 dövlət əmlakı özəlləşdirilib.

Bu barədə Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, 9 ay ərzində dövlət əmlakının özəlləşdirilməsindən 1,1 milyon manat gəlir əldə olunub, bunun 819 min manatı muxtar respublikanın büdcəsinə yönəldilib.

Hesabat dövründə dövlət əmlakının registrindən 143 çıxarış verilib.