Nərgizxanım yeni sədr müavini TƏYİN OLUNDU

Nərgizxanım yeni sədr müavini

Dövlət bankı ABB-nin (“Azərbaycan Beynəlxalq Bankı” ASC) İdarə Heyətinə yeni sədr müavini təyin edilib.

Bu, Nərgizxanım Aqşin qızı Biləndərlidir.

Bununla da ABB-də İdarə Heyəti üzvlərinin sayı sədr də daxil olmaqla yeddiyə yüksəlib.

 Nərgizxanım Aqşin qızı Biləndərli Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit ixtisası üzrə magistr dərəcəsi alıb. 2022-ci ildə Duke Universitetinin “Adaptive Strategic Execution Program” proqramını başa vurub.

 1995–2014-cü illərdə “Vostok Bank”, “ABB”, “Bank of Baku” və “Bank Standard” ASC-də müxtəlif vəzifələrdə çalışıb. 2014–2016-cı illərdə “Bank Standard” ASC-nin İdarə Heyəti sədrinin müavini, 2016–2018-ci illərdə isə “Bank VTB Azərbaycan” ASC-nin Risklər idarəsinin rəisi olub. 2018-ci ildən ABB-nin Baş direktoru olub.