Ölkə tütün ixracından qazancını 57%-dək artırıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 7,8 milyon dollar dəyərində tütün və tütün məmulatları ixrac edib.
Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Hesabat dövründə ölkənin tütün ixracından gəliri illik müqayisədə 56,7% çoxdur.
Əlavə edək ki, bu dövrdə tütün ixracı Azərbaycanın ümumi ixracının 0,21%-ni təşkil edib.

