Ölkənin kərə yağı idxalına çəkdiyi xərc 32% azaldı
Bu ilin yanvar-mart aylarında Azərbaycan 36,1 milyon dollar dəyərində kərə yağı idxal edib.
BusinessTime-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, illik müqayisədə dəyər ifadəsində 32,6% azdır.
Hesabat dövründə kərə yağı idxalı Azərbaycanın ümumi idxalının 0,90%-ni təşkil edib.


