“PAŞA Bank”ın səhmdarlarının yeni strukturu açıqlandı

“PAŞA Bank”ın səhmdarlarının yeni strukturu açıqlandı

“PAŞA Holding” MMC-yə məxsus “PAŞA Bank” ASC-dəki 56.8195%-lik pay “PAŞA Maliyyə Holdinqi” MMC-yə ötürülüb.

Hazırda bankın səhmlərinin təxminən 53.97%-i “PAŞA Maliyyə Holdinqi” MMC-yə, 26.77%-i “Bless” MMC-yə, 9.5%-i Arif Paşayevə, 4.76%-i Mir Camal Paşayevə məxsusdur. Bu əməliyyatr 12 may 2026-cı ildə baş tutub. Bakı Fond Birjasında sərbəst dövriyyədə olan səhmlər üzrə digər fiziki və hüquqi şəxslərin ümumi payı isə 5% təşkil edir.

“PAŞA Maliyyə Holdinqi” MMC yeni yaradılmış şirkətdir. Holdinq 2025-ci ilin dekabrında “PAŞA Holding”in törəmə şirkəti kimi təsis edilib və PAŞA Qrupunun maliyyə xidmətləri, maliyyə texnologiyaları, elektron ticarət və texnologiya istiqamətlərində fəaliyyət göstərən bizneslərini vahid korporativ mərkəz altında birləşdirir. Şirkətin əsas funksiyaları portfel üzrə strateji idarəetmə, kapitalın bölüşdürülməsi, bizneslərin nəticələrinin izlənilməsi və uzunmüddətli dəyər yaradılmasıdır. Portfel şirkətləri isə əməliyyat müstəqilliyini saxlayır.

“PAŞA Bank” 2026-cı ilin ilk yarısını 96.5 milyon manat xalis mənfəətlə başa vurub. Bankın faiz gəlirləri və kredit portfeli də illik müqayisədə artıb.

İyun ayının sonuna “PAŞA Bank”ın aktivləri təxminən 10 milyard manata, kredit portfeli 4 milyard manatdan yuxarı, kapitalı isə 1 milyard manata yaxın səviyyəyə çatıb.

Bankın 2026-cı ildə keçirdiyi IPO-dan sonra yeni investorların səhmdar kapitalındakı payı 5%-ə çatıb. Emissiya prospektində də “PAŞA Holding”in bankdakı payının gələcəkdə “PAŞA Maliyyə Holdinqi”nə ötürülməsinin planlaşdırıldığı əvvəlcədən açıqlanmışdı