Peşəkarların yeri hər zaman görünəcək
"Yeni Klinika"nın direktoru Barat Yusubovla şəxsi tanışlığım yoxdur. Amma onun peşəkar həkim, yüksək idarəetmə qabiliyyətli şəxs olduğundan xəbərim var. Yolu adı çəkilən klinikadan keçən biri kimi tək deyəcəyim bir söz var.
"Yeni Klinika" göstərdiyi xidmət səviyyəsinə, pasiyentlərlə diqqətli, həssas, peşəkar davranışlara görə ən yaxşı klinikalardan biri idi.
Ona görə idi deyirəm ki, bundan sonrasını zaman göstərəcək. Peşəkarların isə yeri hər zaman görünəcək.
Əməkdar jurnalist Afət Telmanqızı


