Psixoloqların peşə bacarıqlarının artırılmasına dəstək olundu
Azərbaycan Respublikası Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Peşəkar Psixoloqlar İctimai Birliyinin təşkilatçılığı ilə 10 - 12 iyul 2024-cü il tarixlərində praktik fəaliyyətə yeni başlayan psixoloqların peşə bacarıqlarının artırılmasına dəstək məqsədilə " Praktik Psixoloqlar Məktəbi" layihəsinin icrası keçirildi.
Layihə praktik psixoloqlarda psixoterapevrik iş zamanı əsas anlayışların formalaşması və etik kodekslər barədə maarif səviyyəsinin yüksəldilməsi məqsədi daşıdı.
Layihə müddətində iştirakçılara peşəkar təlimçi psixoloqlar tərəfindən “master-klas” təlimləri keçirildi.
Bütün iştirakçılar 3 gün müddətində yaşayış və qida ilə təmin olundu.
Sonda hər bir iştirakçıya təlimlə bağlı sertifikatlar təqdim olundu.