Qafqazın ən böyük avtomobil mərkəzinə marketinq direktoru təyin olundu

Qafqazın ən böyük avtomobil mərkəzinə marketinq direktoru təyin olundu

“Baku Auto Mall” şirkətində təyinat olub.

Valyuta.az xəbər verir ki, Elvin Şahbazov şirkətdə Marketinq direktoru vəzifəsinə təyin edilib.

O, hazırda bir neçə istiqamət üzrə fəaliyyətini davam etdirir. Belə ki, “TATS Baku Auto Mall”da Rəqəmsal marketinq rəhbəri, “BayGOLD Uzbekistan” və “Ahu Aesthetic Clinic” şirkətlərində rəqəmsal marketinq üzrə mütəxəssis, “Smartkob” şirkətində Satış və biznesin inkişafı üzrə direktor vəzifəsində çalışır.

Bundan əvvəl isə Şəhərli ADA Uşaq İnkişaf Mərkəzində marketinq üzrə mütəxəssis və daha sonra direktor vəzifələrində işləyib.

E.Şahbazov Atatürk Universitetində biznesin idarə edilməsi və menecment ixtisası üzrə bakalavr təhsili alıb. O, həmçinin “HubSpot Academy”, “Ingress Academy” və “CXL” platformalarında rəqəmsal marketinq, biznes analitikası və kommunikasiya sahələri üzrə təlimlər keçib.