“Sea Breeze”də yeni yarımstansiya tikilir

“Sea Breeze”də yeni yarımstansiya tikilir

Bu il 220/110/10 kV-luq “Novxanı” yarımstansiyasının tikintisi və enerjisistemə qoşulması işləri həyata keçiriləcək.

Sözügedən işlərin bu ilin sonuna qədər yaradılması nəzərdə tutulub.

Yarımstansiyasın tikintisi və enerjisistemə qoşulması işləri üzrə Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Mikromaliyyə Assosiasiyası icraçı qurum kimi müəyyənləşib.

Yarımstansiyanın tikintisi Bakı ətrafı ərazilərdə artan güc tələbatının qarşılanması, o cümlədən, “Sea Breeze” kompleksinin dayanıqlı elektrik enerjisi təchizatı məqsədi daşıyır.

Xatırladaq ki, tikinti işlərinin icrası “Electro Industries” şirkətinə həvalə olunub. Şirkət sözügedən tikinti işlərini 49 milyon 302 min 552 manata yerinə yetirəcək. (iqtisadiyyat)