Sosial Xidmətlər Agentliyinin yerləşdiyi ofisin icarə haqqı məlum olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin yerləşdiyi ofisin icarə haqqı məlum olub.
İqtisadiyyat.az xəbər verir ki, qurum icarəyə götürdüyü ofisin yerləşdiyi Çinar Park biznes mərkəzi ilə bağladığı müqavilənin müddətini uzadıb.
Yenilənmiş müqaviləyə uyğun olaraq, icarə haqqı agentliyin aparatının ofisi və anbar üçün müəyyənləşib.
Belə ki, SXA-nın paytaxtın Ziya Bünyadov prospektində yerləşən Çinar Park biznes mərkəzində icarəyə götürdüyü ofis və anbarın iki illik icarə haqqı 1 550 390,86 manatdır. Bunun isə aylıq icarə ödənişi 64 600 manat təşkil edir.