Sumqayıt sakinlərinə ŞAD XƏBƏR - 4 milyona yaxın pul ayrıldı

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR

Sumqayıt şəhərində yerləşən 2 nömrəli Ailə Sağlamlıq Mərkəzinin (2 nömrəli şəhər poliklinikası) inzibati binası rekonstruksiyası və əsaslı təmir olunacaq.

Plat.az xəbər verir ki, işi icrasını Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində “İnnovasiya və Təchizat Mərkəzi” PHŞ həyata keçirəcək.

Layihəyə 3 milyon 951 min 870 manat xərclənməsi planlaşdırılıb.

Qeyd edək ki, işlərə binanın fasadının yenilənməsi də daxil olmaqla, əsaslı təmir tədbirləri daxildir.