Süni zəkada gerçək dəyər əməliyyat mükəmməlliyi ilə yaradılır - Mastercard

Süni zəkada gerçək dəyər əməliyyat mükəmməlliyi ilə yaradılır

Süni intellekt aləmində hər gün yeni texnoloji kəşf və heyranedici demo nümayişlər ilə qarşılaşsaq da, maliyyə və ödəmə sistemləri kimi mühüm sektorlar üçün əsl sınaq bu texnologiyaların iqtisadi dəyərin yarandığı sistemlər daxilində qüsursuz çalışması ilə başlayır.  Mastercard şirkətinin süni intellekt və verilənlər üzrə Baş direktoru Greg Ulrich /Qreq Ulrix/ süni zəkanın gerçək potensialının yalnız yüksək əməliyyat standartları və miqyaslama ilə reallaşa biləcəyini vurğuladı.

Ulrich banklar və ödəmə təsisatları üçün süni intellekt istifadəsində “tez hərəkət et və xətaları sonra düzəlt” yanaşmasının qəbul olunmazlığını  bildirdi. Ödəniş icazələri, dələduzluq təsbiti və risk idarəetməsi kimi sahələrdə süni intellekt tətbiq edildikdə nəzərə almaq lazımdır ki, qərarları geri almaq mümkün deyil və etimad bir dəfə itirildikdə onun yenidən qazanmaq çox çətindir.

Süni intellektə sevinmək asan, tətbiq etmək çətin

Süni intellektin ticari sistemlərin mərkəzində davamlı bir şəkildə bərqərar olması üçün dörd əsas strateji sahəyə diqqət çəkən Greg Ulrich, təşkilatı struktur və standartların əhəmiyyətini bu sözlərlə ifadə etdi: “Standartlar olmadıqda desentralizasiya risklər yaradır; qərarları iş bölmələrindən uzaq salan təmərküzləşmə isə təsirləri yavaşladır. Aradakı doğru tarazlığı tapmaq həyati əhəmiyyət kəsb edir. Sİ yetkinliyi sadəcə verilənləri emal edən işçilər ilə deyil, modellərin real dünyada necə davrandığını anlayan mühəndislər, məhsul liderləri və mütəxəssislər ilə birlikdə qurulur.”   

İnnovasiyalarda öncəlik: maksimal dəyər və gerçək ehtiyac

Mastercard, süni intellekt yatırımlarını edərək, müştəriləri üçün yeni imkanlar təmin etməyə və işçilərin məhsuldarlığını artırmağa fokuslanır. Şirkət, nəhəng verilənlər dəstləri əsasında banklar və pərakəndəçilər üçün Sİ köməkli ticarət texnologiyalarını, personalizasiya alətlərini və dələduzluğa qarşı həlləri işləyib hazırlayaraq, öz əməkdaşları üçün də Sİ dəstəkli kodlama assistentləri və müştəri dəstək alətlərini tətbiq edir. C-b Ulrich texnologiyaların ana əməliyyatlara əminli inteqrasiyasını maliyyə qurumları üçün ən önəmli innovasiya meyarı olduğunu vurğuladı.       

Etimad qurmağın ilk və ən önəmli addımı olaraq şəffaflığı diqqət mərkəzinə alırıq

Maliyyə xidmətlərində etimadın mübahisələr mövzusu olmadığını qeyd edən c-b Ulrich şəffaflığa və idarəçiliyə yanaşmasını bu sözlərlə xülasə etdi: “İdarəçilik, süni intellektin miqyaslana bilməsini və hesabatlılığını elə başlanğıcdan təmin edən, layihənin hər mərhələsinə təsir edən aparıcı qüvvədir. Çoxları hesab edirlər ki, idarəçilik iş proseslərini ləngidir; lakin bizim təcrübəmiz onun tam əksini göstərir. Oturuşmuş idarəetmə strukturu mövcud olduqda komandalar sırf innovasiyaya və müştəri ehtiyaclarının qarşılanmasına köklənə bilərlər.”

Uğur illər boyu intizamlı işin bəhrəsidir

Mastercard-ın bu yaxınlarda Fast Company tərəfindən Tətbiqi Süni İntellekt lideri kimi tanınması və “Ödəmələrdə aşkar Sİ indeksi”ndə (Evident AI Index / Payments) qabaqcıl sırada yer alması şirkətin uzunmüddətli strategiyasının məhsuludur. C-b Ulrich hesab edir ki, bu mükafatlar sadəcə bu günün deyil, illərdir qüvvədə olan məlumat intizamı və dələduzluqla mübarizəyə köklənmiş baxışın nəticəsidir.

Mastercard, yeni təməl Sİ modellərində süni intellekti qərarvermə proseslərinə daxil edən Mastercard Agent Suite  Virtual C-Suite kimi tətbiqlər vasitəsilə bu texnologiyanı nəzəriyyədən praktikaya keçirməyə və hər bir əməliyyatda etimad qurmağa davam edir. Greg Ulrich-in təbirilə: “Modellər yaxşılaşacaq, imkanlar genişlənəcək. Vacibi olan qurduğumuz sistemlərin hər bir əməliyyatda ve hər bir qərarda güvən qazanmağa davam etməsidir.”

Mastercard haqqında:

Mastercard olaraq 200-dən çox ölkə və ərazidə iqtisadiyyatları və insanları gücləndrimək üçün çalışırıq, müştərilərimizlə birlikdə hər kəsin faydalana biləcəyi dayanıqlı iqtisadiyyat qururuq. Biz geniş rəqəmsal ödəmə seçimləri təqdim etməklə əməliyyatları təhlükəsiz, asan, ağıllı və əlçatan hala gətiririk. Texnologiyamız, innovasiyalarımız, tərəfdaşlıqlarımız və şəbəkələrimiz sayəsində şəxsləri, şirkətləri və dövlət qurumlarını ən yüksək potensiallarına çatmağı təmin edəcək bənzərsiz məhsul və xidmət portfelini təqdim edirik. www.mastercard.com     

Daha ətraflı məlumat üçün:

Medyaevi İletişim, Güven Adalı [email protected] və Erdem Baltacı [email protected]