VAKANSİYA - Əməliyyatxana üzrə Böyük Tibb Bacısı

VAKANSİYA -

İdeal Tibb Şirkəti əməliyyatxana bölməsi üçün məsuliyyətli, peşəkar və idarəetmə bacarıqlarına malik Böyük Tibb Bacısı axtarır.

Vəzifə öhdəlikləri:

Əməliyyatxanada tibb bacılarının işinin təşkili və nəzarəti;

Tibbi alət və avadanlıqların hazırlığına və düzgün istifadəsinə nəzarət;

Sanitariya-gigiyena qaydalarına əməl olunmasının təmin edilməsi;

Dərman preparatları və tibbi sərf materiallarının uçotunun aparılması;

Həkim və digər tibb personalı ilə koordinasiyalı işin təşkili;

Tibbi sənədləşmənin düzgün aparılmasına nəzarət.

Tələblər:

Tibb bacısı ixtisası üzrə orta ixtisas və ya ali təhsil;

Əməliyyatxana sahəsində minimum 3 il iş təcrübəsi;

İdarəetmə və təşkilatçılıq bacarıqları;

Məsuliyyətli, diqqətli və komanda ilə işləmə bacarığı;

Tibbi etik qaydalara riayət etmək.

İş şəraiti:

Rəsmi əmək müqaviləsi;

Rəqabətli əməkhaqqı;

Peşəkar inkişaf və təlim imkanları;

Rahat iş mühiti və peşəkar kollektiv.

Maraqlanan namizədlər öz CV-lərini  [email protected] elektron poçt ünvanına göndərə bilərlər.