VAKANSİYA - Sığorta və Risklərin idarə edilməsi departamenti - Şöbə müdiri

VAKANSİYA -

Əmanətlərin Sığortalanması Fondu vakansiya elan edir.

İşin təsviri:

Əməliyyat risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, ölçülməsi, idarə olunması və onlara dair hesabatlıq;

Risk insidentləri üzrə reyestrin qurulması, səbəb təhlillərinin aparılması və uyğun nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi;

Risklərin təhlili zamanı potensial itkilərin hesablanması və insidentlər ilə üzləşdirilməsi;

Fonda aid bütün növ risklərin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, dəstəklənməsi və onların yerinə yetirilməsinə nəzarət;

Biznes proseslərinin xəritələrinin hazırlanması, yenilənməsi, proseslərdə mövcud risklərin və nəzarət boşluqlarının müəyyənləşdirilməsi;

Proseslərə nəzarət mexanizimlərinin qurulması, monitorinq zamanı aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması üzrə tövsiyələr vermək və onların yerinə yetirilməsinə nəzarət etmək;

Fondun risk profilini müəyyən etmək, risk siyasətini hazırlamaq və risk xəritəsini qurmaq; 

Fondun risk mədəniyyətinin gücləndirilməsi istiqamətində təşəbbüslərin həyata keçirilməsi.

Tələblər:

İqtisadiyyat, Maliyyə üzrə bakalavr və magistr dərəcəsi

İngilis dil biliyi;

RNÖ, KRI, əməliyyat risk hadisələri, proses xəritələri və nəzarət mexanizmləri üzrə təcrübəyə malik olmaq;

Əməliyyat risklərinin idarə olunması sahəsində minimum 3 il iş təcrübəsi; 

FRM, ORM və ya digər peşəkar sertifikatların olması üstünlükdür.

İş şəraiti:

İş saatı 09:00-dan 18:00-dək;

İstirahət günləri: şənbə və bazar günləri

əmək haqqı: qarşılıqlı razılıq əsasında müəyyən olunacaq.

Maraqlanan namizədlər öz CV-lərini  [email protected] elektron poçt ünvanına göndərə bilərlər.