Vəli Quliyev şöbə müdirini vəzifədən azad etdi
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) şöbə müdiri vəzifəsindən azad olunub.
Bununla bağlı DƏMX-nin rəisi Vəli Quliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, DƏMX-nin Strateji planlaşdırma, beynəlxalq əlaqələr və layihələr şöbəsinin müdiri İlham Həsənov vəzifəsindən azad edilib. Hələ ki həmin şöbəyə müdir vəzifəsinə təyinat yoxdur.
Qeyd edək ki, İ.Həsənov 2023-cü ildən bu vəzifədə çalışırdı. (iqtisadiyyat)


