Vüsal Mahmudov müşavir təyin olundu

Vüsal Mahmudov müşavir təyin olundu

Sirab Satış və Dağıtım MMC-yə strateji planlama üzrə müşavir təyin olunub.

Valyuta.az xəbər verir ki, bu vəzifə Vüsal Mahmudova həvalə edilib.

Yeni vəzifəyə təyin olunan V.Mahmudov ötən ilin yanvar ayından "LLS Service"də risklərin idarə edilməsi və daxili audit üzrə rəhbər kimi çalışıb. O, eyni şirkətdə 2024-cü ilin may ayından 2025-ci ilin yanvar ayınadək keyfiyyətin idarə olunması üzrə rəhbər vəzifəsini də icra edib.

V.Mahmudov 2019-cu ildən “Revisa” şirkətində baş icraçı direktor vəzifəsində çalışır və artıq 7 ildir ki, bu vəzifəni icra edir. O, eyni zamanda 2022-ci ildə OBA Marketlər şəbəkəsində keyfiyyətin idarə olunması üzrə rəhbər, 2020-2022-ci illərdə isə TƏBİB-də təchizat zəncirinin idarə olunması üzrə rəhbər vəzifələrində fəaliyyət göstərib.

Bundan əvvəl, 2012-2019-cu illərdə NB Group ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışaraq keyfiyyətin idarə olunması, planlama, marketinq, eləcə də satınalma və logistika sahələrində təcrübə toplayıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu olan V. Mahmudov 2007-2011-ci illərdə bakalavr, 2012-2015-ci illərdə isə magistr səviyyəsində “menecment” ixtisası üzrə təhsil alıb.

Qeyd edək ki, V. Mahmudov 60-dan çox şirkətə konsaltinq xidməti göstərib.