“Xalq Həyat”ın sığorta haqları artıb, ödənişləri azalıb

“Xalq Həyat”ın sığorta haqları artıb, ödənişləri azalıb

“Xalq Həyat Sığorta Şirkəti" ASC-nin bu ilin yanvar-iyun ayları üzrə göstəriciləri açıqlanıb.

Bu barədə Mərkəzi Bankdan bildirilib.

Məlumata görə, şirkətin 2026-ci ilin ilk altı ayındakı yığımları 6 milyon 377 min manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20,9% çoxdur.

Belə ki, keçən ilin yanvar-iyun aylarında “Xalq Həyat”ın sığorta haqları 5 milyon 274 min manat olub.

Hesabat dövründə şirkətin həyata keçirdiyi sığorta ödənişləri isə 2 milyon 717 min manat təşkil edib. Ötən ilin eyni dövründə bu rəqəm 3 milyon 207 min manat qeydə alınıb.


Beləliklə, illik müqayisədə şirkətin sığorta ödənişləri isə 15,3% azalıb.