YouTube monetizasiyaya qoşulmaq üçün baxış tələblərini iki dəfə artırıb

YouTube monetizasiyaya qoşulmaq üçün baxış tələblərini iki dəfə artırıb

Hazırda YouTube-da monetizasiyaya qoşulmaq üçün kanalın ən azı 1000 abunəçisi olmalı, adi videolar üzrə son 12 ayda minimum 4000 saat baxış və ya Shorts videoları üzrə son 90 gündə 10 milyon baxış toplamalıdır. TechCrunch yazır ki, yeni qaydalara əsasən bu tələblər iki dəfə artırılacaq.

Beləliklə, monetizasiyaya qoşulmaq üçün adi videolar üzrə illik baxış müddəti 8000 saata, Shorts videoları üzrə isə son 90 gündə tələb olunan baxış sayı 20 milyona çatdırılacaq.

Bundan əlavə, YouTube qısa videolardan əldə olunan gəlirlərin bölüşdürülməsi qaydasını da dəyişəcək. Fevralın 1-dən etibarən Shorts videolarında reklam və Premium abunəliklərindən gəlir yalnız son 90 gündə ən azı 10 milyon baxış toplamış kanallara ödəniləcək. Göstərici bu həddən aşağı düşərsə, müəllif proqramda qalacaq, lakin gəliri yalnız uzun videolardan əldə edə biləcək.

Müəllifləri dəstəkləmək üçün YouTube Premium Lite abunəliyinin coğrafiyasını da genişləndirib. Reklamların tam aradan qaldırılmadığı, lakin adi istifadəyə nisbətən daha az göstərildiyi bu abunə növü artıq standart Premium-un əlçatan olduğu bütün ölkələrdə fəaliyyət göstərir. Müəlliflər baxış sayı və izləmə müddətindən asılı olaraq Premium Lite gəlirlərindən də pay ala biləcəklər.