Zakir Həsənov COVID-19-a yoluxub
Müdafiə naziri Zakir Həsənov koronavirusa (COVID-19) yoluxub.
Bu barədə Prezident İlham Əliyev Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi zamanı deyib.
"Zakir Həsənov xəstələndi, Covid oldu", - Prezident İlham Əliyev qeyd edib.
Dövlət başçısı müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev Zakir Həsənova salam söyləməyi tapşırıb, şəfa arzulayıb.


