166 Yükdaşıma & Logistika şirkəti ilə Prime Cotton arasında əməkdaşlıq!

166 Yükdaşıma & Logistika şirkəti ilə Prime Cotton arasında əməkdaşlıq!

166 Yükdaşıma & Logistika şirkətinin nümayəndələri Prime Cotton-un Mingəçevir şəhərində yerləşən baş ofisini ziyarət ediblər.

Görüş zamanı tərəflər arasında mövcud əməkdaşlığın inkişaf etdirilməsi, logistika və yükdaşıma xidmətləri üzrə işbirliyinin genişləndirilməsi, eləcə də gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər effektiv logistika həllərinin əməliyyat proseslərinin çevikliyinin və səmərəliliyinin artırılmasındakı rolunu qeyd edərək, qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Görüş gələcək əməkdaşlıq istiqamətləri ətrafında məhsuldar fikir mübadiləsi ilə yekunlaşıb.