40-a yaxın Marsol Group partnyoru bir araya gəldi

40-a yaxın Marsol Group partnyoru bir araya gəldi

Mayın 14-də “Üst Köşe” restoranında ənənəvi “İşgüzar Səhər Yeməyi” çərçivəsində xanım sahibkarların da iştirakı ilə 40-a yaxın Marsol Group partnyoru növbəti dəfə bir araya gəlib.
 
İştirakçılar öz fəaliyyətlərini tanıdıb, işgüzar əlaqələrin möhkəmləndirilməsi və gələcək planlar üzrə fikir mübadiləsi aparılıb.
 
Həmçinin görüşdə Baku Electronics-in Satınalma və Təchizat rəhbəri Mahir Ağayev də iştirak edib, görüş zamanı Mahir bəy Baku Electronics tərəfindən məhsul satınalması və təchizat istiqamətləri ilə bağlı Marsol Group üzvlərini məlumatlandırıb.
 
Sonda 2026-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə "Üzvlük" sertifikatı və "Partnyorluğun simvolu" olan yaxa nişanı da təqdim edilib.