Mərkəzi Bankın Baş direktoru İSB-nin Himayəçilər Şurasına sədr təyin edildi

Mərkəzi Bankın Baş direktoru İSB-nin Himayəçilər Şurasına sədr təyin edildi

İcbari Sığorta Bürosu (İSB) Hüquqi Şəxslərin İttifaqının iştirakçılarının Himayəçilər Şurasının yeni üzvlərinin seçilməsi ilə bağlı yığıncağı keçirilib.

Bu barədə BusinessTime-a İSB-dən məlumat verilib.

“Xalq Sığorta” ASC-nin İdarə heyətinin sədr müavini Mətanət Nərimanlı, “Paşa Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova və “Atəşgah" Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri Azər Əliyev Himayəçilər Şurasının üzvləri seçiliblər.

Həmçinin, Mərkəzi Bankın Baş direktoru Ziya Əliyev və Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının üzvü təyin edilib.

Mərkəzi Bankın Baş direktoru Ziya Əliyev İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri, “Atəşgah" Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri Azər Əliyev isə sədr müavini seçilib.

Qeyd edək ki, Büro ali idarəetmə orqanı olan Himayəçilər Şurası və icra orqanı olan İcraçı direktor tərəfindən idarə olunur. Şuranın üzvləri maliyyə bazarlarına nəzarət orqanının iki, iştirakçı sığortaçıların isə üç nümayəndəsindən formalaşır.