ABB aktivlərini idarə edəcək törəmə şirkət yaradıb

ABB aktivlərini idarə edəcək törəmə şirkət yaradıb

Azərbaycan Beynəlxalq Bankı (ABB) investisiya ekosistemini genişləndirmək məqsədilə yeni törəmə şirkət yaradıb.

Səhmdarların Ümumi Yığıncağının qərarı ilə “ABB Asset Management” şirkətinin yaradılmasını təsdiqləyib. Şirkət artıq Bankın törəmə şirkətləri siyahısına əlavə edilib. 

Yeni şirkət ABB-nin 2026–2028-ci illər üzrə inkişaf strategiyasının icrası çərçivəsində fəaliyyət göstərəcək. “ABB Asset Management” vasitəsilə qeyri-bank aktivlərinə, yeni biznes istiqamətlərinə, özəl kapital fondlarına və sinerji potensialı olan startaplara investisiya imkanlarının qiymətləndirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ABB-nin hazırda “Azərikard” prosessinq mərkəzi, ABB Moskva Bankı, “ABB-İnvest İnvestisiya Şirkəti” və “ABB İnnovasiya” MMC kimi törəmə müəssisələri fəaliyyət göstərir.

Qeyd edək ki, ABB-nin törəmə müəssisələri sırasında “ABB - Asset Management”lə yanaşı, “ABB-Moskva” MMC, “Azərikard” MMC, “IBA GEO” SC, “Beynəlxalq Lizinq Şirkəti” MMC, “ABB-İnvest İnvestisiya Şirkəti” QSC və “ABB İnnovasiya” MMC yer alır.