AQC nümayəndəsi Mərkəzi Bankın sədri ilə görüşdə təkliflər verdi

AQC nümayəndəsi Mərkəzi Bankın sədri ilə görüşdə təkliflər verdi

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov ekspertlərlə növbəti görüş keçirib.

Görüş zamanı ölkədə müşahidə olunan son makroiqtisadi meyillər, monetar şərait, inflyasiya dinamikası, kredit bazarındakı vəziyyət, eləcə də maliyyə sektorunun gündəmində olan digər aktual məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Tədbirdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədrinin müşaviri Asif İbrahimov da iştirak edib. O, AQC-ni təmsil edərək qiymətləndirmə sahəsi ilə bağlı bir sıra təkliflər səsləndirib.

Müzakirələr zamanı “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna edilən son dəyişikliklər, bu dəyişikliklərin bank sektoru və qiymətləndirmə fəaliyyətinə təsiri, eləcə də kreditləşmə prosesində qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin ölkədə iqtisadi fəallığın qorunması, maliyyə sektorunda davam edən islahatlar və qiymətləndirmə institutunun iqtisadiyyatın inkişafındakı rolu ilə bağlı müxtəlif təkliflər müzakirə olunub.