ARPA İctimai Birliyində “Təcrübə proqramı” davam edir!

ARPA İctimai Birliyində “Təcrübə proqramı” davam edir!

Gənclərin peşəkar inkişafına dəstək olmaq və onları real iş mühitinə inteqrasiya etmək məqsədilə başladığımız Təcrübə Proqramı çərçivəsində artıq növbəti addımlar atılıb. 

Hal-hazırda iki gənc  namizəd komandamıza qoşularaq 3 ay ərzində birliyin fəaliyyət istiqamətləri ilə yaxından tanış olacaq, layihələrin, hazırlanması və icrası, təlimlərin təşkili prosesində iştirak edəcək, praktiki biliklər əldə edəcəklər.

ARPA olaraq gənclərin bilik və bacarıqlarının artırılmasına, onların əmək bazarına hazırlanmasına daim önəm veririk.

Yeni təcrübəçilərimizə uğurlar arzulayırıq!