“ASAN xidmət” təcrübəsinin ölkəmdə tətbiqi üçün yaxşı imkanlar var
“ASAN xidmət” çox vacib qurumdur və onun səmərəliliyi xüsusi əhəmiyyət daşıyır.
Bunu AZƏRTAC-a açıqlamasında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda benyəlxalq gənclər forumunun Keniyadan olan iştirakçısı Brian Njidi bildirib.
“Azərbaycanda göstərilən səmərəli ümumi xidmət təcrübəsi məni çox təsirləndirdi və bunun ölkəmdə tətbiqi üçün yaxşı bir imkan olduğunu düşünürəm. Hesab edirəm ki, bu modeldən faydalanmaq mümkündür. Azərbaycanın təcrübəsi göstərir ki, bu cür sistemlər effektiv şəkildə işləyə bilər və biz də oxşar nəticələr əldə edə bilərik. Bu təcrübəni yerində görmək mənim üçün çox dəyərli oldu”, - deyə o qeyd edib.


