“Atəşgah Həyat Sığorta” I rübü necə başa vurdu?
“Atəşgah Həyat Sığorta” ASC 2026-cı ilin I rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
2026-cı ilin yanvar-mart aylarında şirkətin gəlirləri illik müqayisədə 14 milyon 593 min 945 manat və ya 94% artaraq 30 milyon 127 min 586 manat təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 15 milyon 533 min 640 manat olub.
Hesabat dövründə əsas əməliyyat gəlirləri 2 milyon 27 min 581 manat və ya 7,3% artaraq 29 milyon 680 min 757 manata çatıb.
Şirkətin xərcləri illik müqayisədə 13 milyon 237 min 425 manat və ya 118,6% artaraq 24 milyon 396 min 492 manat təşkil edib. Əsas əməliyyat xərcləri isə 13 milyon 629 min 918 manat və ya 154,5% artaraq 22 milyon 451 min 826 manata yüksəlib.
Şirkətin maliyyə mənfəəti illik müqayisədə 1 milyon 356 min 519 manat və ya 31% artaraq 5 milyon 731 min 93 manat olub.
Xalis mənfəət isə 1 milyon 85 min 215 manat və ya 31% artaraq 4 milyon 584 min 875 manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 3 milyon 499 min 659 manat olub.
Şirkətin cəmi aktivləri illik müqayisədə 14 milyon 59 min 430 manat və ya 10,2% artaraq 152 milyon 539 min 339 manata çatıb. 2025-ci ilin eyni dövründə bu göstərici 138 milyon 479 min 908 manat olub.
"Atəşgah Həyat"ın öhdəlikləri isə illik müqayisədə 13 milyon 412 min 200 manat və ya 11,3% artaraq 132 milyon 359 min 967 manata yüksəlib. 2025-ci ilin eyni dövründə bu göstərici 118 milyon 947 min 767 manat olub.
Valyuta.az


