Azərbaycana daxil olan sürətli pul köçürmələrinin həcmi açıqlanıb

Azərbaycana daxil olan sürətli pul köçürmələrinin həcmi açıqlanıb

Bu ilin aprel ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 146.6 manat vəsait daxil olub.

BusinessTime bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.


Hesabat ayında banklardan xaricə göndərilən vəsaitin həcmi isə 41.6 milyon manat təşkil edib.


Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 758.8 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 490.4 milyon manata bərabər olub.