Azərbaycanda pul bazası iyunda 1 %-dən çox artıb

Azərbaycanda pul bazası iyunda 1 %-dən çox artıb

Bu il iyulun 1-nə Azərbaycanda pul bazası 24 milyard 381,2 milyon manat təşkil edib.

BusinessTime Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 1,1 % çoxdur.

Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 8,5 %, son 1 ildə isə 13,6 % artıb.