Azərbaycanın Bolqarıstandakı səfiri geri çağırıldı

Azərbaycanın Bolqarıstandakı səfiri geri çağırıldı

Azərbaycanın Bolqarıstanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Cəlal oğlu Hüseynov vəzifəsindən geri çağırılıb.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, H.Hüseynov Prezidentin müvafiq sərəncamı ilə 2021-ci ildə Bolqarıstana səfir təyin olunmuşdu.