Azərbaycanın çay idxalına çəkdiyi xərc 24% artıb

Azərbaycanın çay idxalına çəkdiyi xərc 24% artıb

Bu ilin birinci rübündə Azərbaycana 27,4 milyon dollar dəyərində 4 134 ton çay idxal edilib.

Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib. 

Məlumata görə, bu, 2025-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 24,6% çoxdur.