Azərbaycanın gübrə idxalına çəkdiyi xərc 79% artıb

Azərbaycanın gübrə idxalına çəkdiyi xərc 79% artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 19,6 milyon dollar dəyərində gübrə idxal edib.

Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Hesabat dövründə ölkənin gübrə idxalı xərcləri ötən ilin eyni ayları ilə müqayisədə 79,3% çoxdur.