Azərbaycanın sığorta şirkətləri 7 ayda 938 milyon manat haqq yığıb

Azərbaycanın sığorta şirkətləri

2025-ci ilin yanvar-iyul ayında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 937 milyon 658 min manat sığorta haqqı toplanılıb ki, bu da illik müqayisədə 12.5% çoxalıb.

BusinessTime bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 21% çoxalaraq 529 milyon 307 min manat təşkil edib.

Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 833 milyon 199 min manat, sığorta ödənişlərinin həcmi isə 438 milyon 618 min manat olub.