Bakıda işləyənlərin orta maaşı 1 386 manata yüksəldi
Bakıda 2026-cı ilin yanvar-aprel aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin müvafiq dövrünə nisbətən 7.8 faiz artaraq 1385.9 manat olub.
BusinessTime bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
2026-cı ilin yanvar-mart aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1357.3 manat olub.
İlin ilk 3 ayı ilə müqayisədə, yanvar-aprel aylarındakı göstərici orta aylıq əməkhaqqının 28.6 manat artdığını nümayiş etdirir.


