Boş qalan yerlərə ixtisas seçimi başlayır

Boş qalan yerlərə ixtisas seçimi başlayır

Bu gündən ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi aparılacaq.

Həmin yerlərə ixtisas seçimi sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. 

Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.