DOST Mərkəzində yanğın oldu

DOST Mərkəzində yanğın oldu

Abşeron rayon Xırdalan şəhərində DOST Mərkəzində yanğın olub.

Fövqəladə Hallar Nazirliyi (FHN) yanğınla bağlı ilkin məlumat yayıb.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində inzibati binada yanğın baş verməsi barədə məlumat daxil olub:

“Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb”.